"S7 şirkətlər qrupu" direktorlar şurasının sədri təyyarə qəzasında həlak olub


Dünya 01 Apr 2019 02:30:00 190 0

"S7 şirkətlər qrupu" direktorlar şurasının sədri təyyarə qəzasında həlak olub

"S7 şirkətlər qrupu" Qapalı Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, 55 yaşlı rusiyalı iş adam Natalya Fileva Almaniyada təyyarə qəzasında həlak olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 31-də N.Filevanın olduğu "Epic-LT" şəxsi təyyarəsi Almaniyanın Egelsbax hava limanında eniş edərkən qəzaya uğrayıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Almaniyanın "Bild" qəzetinin yazdığına görə, təyyarə Kann şəhərindən havaya qalxıb.