Ananın təhsilli olması övladının ömrünü uzada bilər


Digərləri 31 Mar 2019 23:45:00 248 0

Ananın təhsilli olması övladının ömrünü uzada bilər

Almaniyada 3 mindən artıq qadın arasında tədqiqat aparılıb.

Almaniya alimləri iddia edirlər ki, ananın təhsili  uşağının ömrünün  uzunluğuna təsir edir.  Tədqiqatçılar  araşdırmalar əsasında müəyyən ediblər ki, orta təhsilli anaların uşaqları  ibtidai məktəbi qurtaran və ya tamamilə məktəbə getməmiş anaların uşaqları ilə müqayisədə 2 il daha çox yaşayır.  Ananın təhsil səviyyəsi  və onun uşağının həyatının uzunluğu  arasında qarşılıqlı əlaqə Berlindəki Alman İqtisadi Tədqiqatlar İnstitutunda (DIW Berlin)  araşdırma mövzusu olub. 

Son.az "Azərbaycan müəllimi"nə istinadən bildirir ki, 1950-ci illərdə Qərbi Almaniyada yaşamış 3300 qadın və onların övladları  haqqında toplanmış informasiyaların təhlili göstərib ki, uşaqların həyatının orta  uzunluğu analarının təhsil səviyyəsi nə qədər böyükdürsə, bir o qədər artır. Alimlər bunu  onunla  izah edirlər ki, təhsilli ailədə böyümüş uşaq daha çox sağlam həyat tərzi sürür,  düzgün qidalanır və nadir hallarda zərərli vərdişlərə malikdir. Bundan başqa, təhsilli analar uşaqlarına  daha yüksək həyat səviyyəsi təmin edə bilərlər, çünki  adətən bu cür analar öz uşaqlarının bütün ehtiyaclarını təmin edə bilmək üçün daha  yüksək maaşlı işə malikdirlər.