Bakıda ev qiymətinə it satılır


Digərləri 31 Mar 2019 23:13:00 275 0

Bakıda ev qiymətinə it satılır

Bakıda ev qiymətinə it satılır.

Tibet mastifi olduğunu iddia edən şəxs onu 150 min manata satır. Elan saytında bu barədə məlumat yerləşdirən həmin şəxs tibet mastifini sifarişlə Çindən gətirdiyini deyir. İlkin ödəniş kimi isə müştəridən müəyyən məbləğ alır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, o, elanda iti alan müştəriyə heyvanın ana və atasının şəkilləri, soyu kökü haqda təsdiq olunmuş sənədi təqdim edə biləcəyini də qeyd edib. Hətta itən bütün vaksinləri olunduğunu, peyvənd cədvəli və evcil heyvan passportu barədə də məlumatlar yazıb. Elanda qeyd edilən nömrə ilə əlaqə saxlayıb, itin niyə belə baha qiymətə olması ilə maraqlandıq. Satıcı Tibet Mastifinin dünyanın ən bahalı iti olduğunu və qoyunlarını bəbirdən qorumaq üçün Hindistan,Çin,Nepal və Tibetdə yerli qəbilələr tərəfindən istifadə edildiyin dedi.