Elm necə maliyyələşir, elmi xərclər necə hesablanır? –


Digərləri 31 Mar 2019 23:15:00 250 0

Elm necə maliyyələşir, elmi xərclər necə hesablanır? –

Elmin iqtisadi sistem kimi fəaliyyət göstərməsi üçün kifayət qədər maliyyə resursları lazımdır. Elmi fəaliyyət üçün işçilərin əmək haqqına, cihazların, avadanlıqların, informasiyanın alınmasına və  s. maliyyə ehtiyatları sərf edilir.

Son.az azedu.az-a istinadən elmi təşkilatlarda tədqiqatların maliyyə mənbələrinin statistik qiymətləndirilməsi haqda məlumatı təqdim edir:

Beynəlxalq təcrübəyə əsasən, elmin maliyyələşdirilməsi statistikasında aşağıdakı göstəricilərin toplanmasına xüsusi əhəmiyyət verilir:

-müstəqil balansda olmayan zavod və ali təhsil müəssisələrinin bölmələrinə investisiya ayırmaları;

-sənaye-istehsal heyətinin əmək haqqı fondundan tədqiqat və işləmələrin yerinə yetirilməsi üçün konstruktor və texnoloqlara verilmiş əmək haqqı;

-ali təhsil müəssisələrinin kafedralarında elmi-tədqiqat və təcrübə-eksperimental bazasının saxlanma xərcləri ;

-qeyri-dövlət təşkilatlarının (elmi-texniki kooperativləri) tədqiqatlara və işləmələrə xərcləri.

Elmi xərclərin statistik qiymətləndirilməsi üçün yerinə yetirilən işin həcmi işlərin növünə görə aşağıdakı kimi qruplaşdırılır:

-elmi-tədqiqat işləri, o cümlədən fundamental;

-layihə-konstruktor, texnoloji;

-məhsul (məmulatın) nümunəsinin hazırlanması;

-tikinti üçün layihə işləri;

-elmi-texniki xidmətlər.

Elmi xərclərin hesablanması alqoritmi aşağıdakı kimidir: SE=STi+STof

AR=R-BR

D=PDA+PP+CP

R&D=BR+AR+D

burada,      

SE-ölkədə elmə cəmi xərclər; STi- elmi təşkilatların öz gücləri ilə yerinə yetirdiyi elmi-texniki işlərin həcmi; STof- elmi təşkilatların öz vəsaitləri hesabına yerinə yetirdiyi elmi - texniki işlərin həcmi; AR- tətbiqi tədqiqatların həcmi; R- elmi tədqiqatların həcmi (elmi-tədqiqat işləri); BR- fundamental tədqiqatların həcmi; D- işləmələrin həcmi; PDA- layihə-konstruktor və texnoloji işlərin həcmi; PP- nümunələrin hazırlanması xərcləri; CP- tikinti üçün layihə işlərinin həcmi; R&D- elmi tədqiqat və işləmələrin həcmi.

Tədqiqat və işləmələrə xərclər