"OneWeb" kosmik internet firması starta hazırdır


Digərləri 31 Mar 2019 22:40:00 185 0

"OneWeb" kosmik internet firması starta hazırdır

Britaniyalı "OneWeb" startapı ona qlobal yüksək sürətli və geniş zolaqlı şəbəkənin işə salınması üzrə planlarını sürətləndirəcək 1,25 milyard dollar (940 milyon funt sterlinq) şəklində yeni maliyyə dəstəyilə təmin edilib.

Son.az insider.az-a istinadən bildirir ki, firma bu pullarla 2021-ci ildə şəbəkənin işə salınmasının qaçılmaz olduğunu bəyan edib.

Maliyyələşdirilmə şirkətin öz servisi üçün ilk peyklərini ötən ay uğurlu işə saldığından sonra gəlib.

Firma İlon Maskın qlobal internet şəbəkəsini əhatə edəcək anoloji şəbəkə yaratmağa çalışdığı "SpaceX" daxil, bir neçə şirkətlə rəqabət aparır. Onların məqsədi hazırda dünyanın internetə geniş zolaqlı çıxışı olmayan, yaxud qeyri-sabit xidmətin olduğu yerlərə interneti çatdırmaqdır.