Məşhurlarla bağlı hamını


Digərləri 31 Mar 2019 22:48:00 200 0

Məşhurlarla bağlı hamını

Nə qədər mütaliə həvəskarı olsanız da, bu faktları yəqin ki, bilmirdiniz.

Son.az publika.az-a istinadən yazıçıların həyat və yaradıcılığı haqda ən maraqlı məqamları təqdim edir.

Puşkin ziyafətlərdə sevimli xanımından gen gəzirdi. Səbəb isə aralarında olan 10 sm boy fərqi idi. Amma böyük şairin kiçik boyu qadınların qəlbini fəth etməkdə ona mane olmurdu.

Mayakovski yazıda orfoqrafik düzəni sevmirdi, hətta bəzən bu mürəkkəb dünyada azıb qalırdı. Şeirlərindəki pərakəndəliyin əsas səbəbi də budur.

Günlərin bir günü Artur Konan Doyl ən məşhur personajı Şerlok Holmsdan bezir. Lakin oxucu auditoriyasının sərt reaksiyasından qorxub, Holmsun ölüm hökmünü vermir. Anası Artura bildirir ki, Şerlok ölsə, oğlunu bağışlamayacaq.

Elmər Akademiyasında araşdırma aparan Lomonosov alman alimlərinə qarşı qalmaqallı hərəkətlərinə görə ölüm hökmü alır. Hökm qüvvədən düşsə də, alim almanlardan üzr istəmək məcburiyyətində qalır.

Bir gün Turgenevin səyahətə çıxdığı gəmidə yanğın başlayır. Yazıçı uşaqları, qadınları sərt şəkildə itələyərək, hətta alovun ağzına ataraq ölümdən qurtulur. Bir müddət sonra qəlbini didən vicdan əzabı ona "Dənizdə yanğın" əsərini yazdırır.

Krılov təmizlik və səliqə ilə düşmən idi. Bir dəfə tənbəl şair maskarada dəvət alır. Dostlarından nə geyinəcəyi ilə bağlı tövsiyə istəyir. Cavab isə belə olur: "İvan Andeyeviç, yaxşıca yuyunub, özünüzü səliqəyə salın. Əmin olun sizi kimsə tanımayacaq".