Ukrayna polisi prezident seçkiləri ilə bağlı 25 cinayət işi açıb


Siyasət 31 Mar 2019 22:19:00 214 0

Ukrayna polisi prezident seçkiləri ilə bağlı 25 cinayət işi açıb

Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə günü yerli vaxtla saat 19:00-a olan məlumata görə, seçki qanunvericiliyi pozulduğu üçün 25 cinayət işi açılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Milli Polisin mətbuat xidməti məlumat yayıb.

Gün ərzində seçki qanunvericiliyinin tələblərinin pozulmasına görə, 1800-ə yaxın şikayət daxil olub.

Ukrayna Mərkəzi Seçki Komissiyasının isə məlumatında seçkilərlə bağlı 11 şikayətin daxil olduğu qeyd edilir.

Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı 2 minə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir.