Aİ enerji daşıyıcıları üzrə haqqhesab zamanı


Digərləri 31 Mar 2019 22:20:00 185 0

Aİ enerji daşıyıcıları üzrə haqqhesab zamanı

Avropa İttifaqı dünyada ən iri neft və qaz idxalçısıdır. Ancaq bu sahə üzrə Avropa müqavilələrinin yalnız 20%-i avroda nominallaşıb. ABŞ dolları, Avropa Komissiyasının 2018-ci ilin dekabr ayı üzrə hesabatına görə, neft, qaz və kömür idxalı zamanı haqq-hesabda əsas valyuta olaraq qalır.

Son.az insider.az-a istinadən bildirir ki, Avropa Komissiyası 31 marta qədər enerji daşıyıcılarının təchizatı üzrə müqavilələrdə avronun rolunu gücləndirəcək təklifə dair Avropa İttifaqı ölkələrinin rəyini toplayır.

Avropa Komissiyası qeyd edir ki, energetika ilə bağlı müqavilələrdə dolların üstünlük təşkil etməsi valyuta kurslarının dəyişməsinə görə Avropa şirkətlərini risklərə məruz qoyur. Bundan əlavə, ABŞ-ın idxal rüsumları və kvotaları tətbiq etməsi kontekstində rəsmi Brüssel ABŞ-ın xarici ticarətdə apardığı siyəsətlə də narahatdır.

Həmçinin Avropa Komissiyası avronu "dayanıqlı, etibarlı və hamının qəbul etdiyi valyuta" hesab edir.