Ən yaxşı ağardıcı maskalar.


Digərləri 31 Mar 2019 22:05:00 235 0

Ən yaxşı ağardıcı maskalar.

Ev şəraitində çox effektli ağardıcı maskaları hazırlamaq olar.

Son.az evdarliq.az-a istinadən bildirir ki, bu maskalar dərinin rəngini yaxşılaşdırır, "açır", piqment ləkələri və çilləri daha görünməz edir, yüngül pilling effekti verir.

Maskaların reseptlərini sizə təqdim edirik.

1. Limon maskası

1/2 limon (qabıqlı) blenderdə əzilir, 1 x.q. üyüdülmüş düyü əlavə olunur, qarışdırılır. Maska üz və boyun dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, nəmləndirici krem çəkilir.