“Warner Music” “Endel” alqoritmi ilə musiqi


Digərləri 31 Mar 2019 21:40:00 201 0

“Warner Music” “Endel” alqoritmi ilə musiqi

Alman tətbiqi "Endel" insanın konsentrasiyası, rahatlaması, motivasiyası və yuxusunun yaxşılaşması üçün yaradılmış servisdir. O, istifadəçinin şəxsi məlumatlarını, yerini, onun ürək ritmini və havanı analiz edib individual trek yaradır.

Son.az insider.az-a istinadən bildirir ki, "Endel" tətbiqi bu səfər "Warner Music" leyblı üçün 20 albom yazacaq.

Hazırda fərqli yuxu növlərinə əsaslanan beş albom buraxılıb. Onlar "Aydın gecə", "Yağışlı gecə", "Buludlu axşam", "Buludlu gecə" və "Dumanlı səhər" adlanır.

2019-cu il ərzində "Endel" neyroşəbəkəsi tətbiqin digər funksiyaları ilə bağlı daha 15 albom yazacaq.