Yanan ticarət mərkəzinin işçilərinə 7 obyekt verilir –


Digərləri 31 Mar 2019 21:23:00 242 0

Yanan ticarət mərkəzinin işçilərinə 7 obyekt verilir –

Sahibkarlar düz 5 ay ərzində heç bir icarə haqqı ödəməyəcəklər

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən,

Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektləri aşağıdakılardır:

1. Bakıxanov qəsəbəsi, "Aygün" Ticarət Mərkəzi (Mall), 5-ci mərtəbə - 80 obyekt, 6000 m2 Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43);

2. Bakıxanov qəsəbəsi, "Meqasiti" Ticarət Mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 m2  Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43);

3. Dərnəgül şossesində yerləşən "Eurohome" tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza Əlqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11);