İnadkar uşaqlarla necə davranmaq lazımdır?


Digərləri 31 Mar 2019 20:10:00 228 0

İnadkar uşaqlarla necə davranmaq lazımdır?

Uşaqlarda inadkarlıq duyğusu 2-3 yaş aralığında artır. Bu yaşda uşaqlar özlərini valideynlərinə qəbul etdirmə başlayırlar. Valideynlər evdə idarəni əldə tutmaq üçün uşağın inadkarlığı ilə mübarizə aparmağı bacarmalıdırlar.

Uşaqlardakı inadkarlığı necə dəf etməli?

Son.az bağçam.az-a istinadən bildirir ki, Uşaqlarda görünən inadkarlıq duyğusunun öhdəsindən gəlməyin ən yaxşı yolu bu mövzunun üstündə dayanmamaqdır. Əgər uşağın inadkarlığını diqqətə alsanız, uşaqlar istəklərini qəbul etdirməyə çalışacaqlar. İnadkarlıqla istədiyini yerinə yetirmək istəyirsinizsə, ona bunu deyin "dediyini edək, amma sən də mənim üçün bunu etməlisən". Bununla, övladınız heç nəyin asan əldə edilə bilməyəcəyini başa düşəcək.