Robinzon Kruzo əslində, kim olub?


Digərləri 31 Mar 2019 19:45:00 264 0

Robinzon Kruzo əslində, kim olub?

Daniel Defonun məşhur ədəbi personajı olan Robinzonun həyatda real prototipi olmuşdur.

Bu adam şotlandiyalı dənizçi Aleksandr Selkirk olmuşdur. O, 19 yaşında ikən öz doğma şəhəri Larqonu birdəfəlik tərk edərək dənizçilik etməyə başlayır.

Son.az azens.az-a istinadən bildirir ki, 1703-cü ildə Sakit okeanda Cənubi Amerika sahillərinə yürüşlər edən pirat (silahlı dəniz qulduru) Dampirin "Cinque Ports" freqatında (silahlarla təchiz olunmuş gəmi) dəniz səfərlərinə çıxan Selkirk öz zəkası və dəqiq elmlərə həvəsi ilə az bir müddətdə yoldaşları arasında böyük hörmət qazanır. Belə olan halda, Braziliya sahillərinə çatarkən dünyasını dəyişən gəmi kapitanını onun köməkçisi Tomas Stradlinq əvəz edərkən, düşünmədən belə Selkirki özünə köməkçi götürür.

Kapitan köməkçisi Selkirk təyin olunandan sonra quldurluq əməliyyatlarında komandası ardıcıl uğursuzluqlara uğrayır. Kapitan Stradlinq gəmi sahibi olan Dampir və gəmi heyətinin əksəriyyəti bu uğursuzluqlara görə Selkirki suçlayırdılar.

Gəmi Çilinin qərb sahillərində yerləşən Xuan-Fernandes adalarına yan alarkən  yenidən Selkirklə Stradlinq və Dampir arasında münaqişə yaranır. Onların arasındakı münaqişə o həddə çatmışdı ki, bir-birlərinə düşmən gözü ilə baxırdılar.

Bir dəfə gəmi Mas-a-Tyerra adası sahilində lövbər salarkən, Selkirklə Stradlinq arasında çox ciddi qarşıdurma yaranır. Belə olan halda, Selkirk gəmiyə qayıtmır və adada qalmaq qərarına gəlir. O, bir az barıt, güllə, balta, bıçaq, naviqasiya alətləri və bir az da azuqə götürür və adada qalır, tənha həyat yaşamağa başlayır. Selkirk adaya ingilis və fransız gəmiləri çox tez-tez yan aldığını düşünərək belə bir qərar verir.