Çin ABŞın tələblərinə güzəştə getmək istəmir


Digərləri 31 Mar 2019 19:40:00 286 0

Çin ABŞın tələblərinə güzəştə getmək istəmir

Növbəti ticari danışıqların raundu ərəfəsində Çin texnoloji şirkətlər üçün qoyduğu məhdudiyyətlərinin zəifləşdirilməsi üzrə ABŞ-ın tələblərinə güzəştə getmək istəmir.

Son.az insider.az-a istinadən bildirir ki, Ağ evin verdiyi məlumata görə, ABŞ-ın ticari danışıqlar üzrə nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin martın 28-i başlayacaq danışıqlar üçün Pekinə səfər etməyi planlaşdırırlar.

"Financial Times"-ın mənbələrinə görə, rəsmi Pekin Vaşinqtonun bulud hesablamaları sahəsində fəaliyyət göstərən xarici şirkətlərə münasibətdə diskriminasiyanı durdurmağı, məlumatların xaricə ötürülməsinə qoyulan məhdudiyyətləri azaltmağı və şirkətlərə  məlumatların Çinin ərazisində saxlanılması tələbini yumşaltmağı tələb etdiyi halda, Çin cavab olaraq hələ ki, bu tələblərə "əhəmiyyətli güzəştlər" təklif etməyib.

Xəbər portalının müsahibi bildirib ki, ABŞ Çinin rəqəmsal ticarətlə bağlı ilk təklifini qeyri-qənaətbəxş sayıb. Daha sonra isə ABŞ Pekindən üzərinə daha çox öhdəlik götürməsini tələb etdikdə, Çin bu təklifdən də imtina edib.