Metal və plastik tullantılar qarşılığında uşaqlara kitab paylayan kitabçı


Digərləri 31 Mar 2019 19:15:00 217 0

Metal və plastik tullantılar qarşılığında uşaqlara kitab paylayan kitabçı

İtaliyada yerləşən bir kitab evi təkrar emal məqsədilə bir plastik və konserv qutusu gətirən hər şagirdə pulsuz kitab verəcəyini bildirib.

Son.az azedu.az-a istinadən bildirir ki, İtaliyadakı balaca qəsəbə olan Polladakı Ex Libris Kafe kitab evinin sahibi Michele Gentile, çevrə üçün nələrsə etməklə yanaşı, uşaqları kitab oxumağa təşviq etmək istədiyini söyləyir.

"Məqsədim, oxumağı çox da sevməyən italyanlar arasında kitab sevgisini yaymaq və bununla yanaşı çevrəyə dəstək olmaqdır. Ümid edirəm, bu addım qısa zamanda viral olar və bütün ölkəni təsir altına alar".

Gentile, bir tarlaya buraxılmış böyük bir metal yığınını gördüyü gün bu layihə barədə dəqiq qərar verir: "Həmin tarlada ən az 300-400 Euro dəyərində kitablar var idi. Bu, bir məktəb şagirdinin illik kitab xərcindən çoxdur. Ona görə, məhəllədəki bir dövlət məktəbilə danışdım və onlar metal tullantılarını toplamağa başladılar. Nəticə möhtəşəm idi - iki gün ərzində 200 kq tullantı topladıq".