Şimali Koreyada inqilab havası:


Dünya 31 Mar 2019 18:43:00 237 0

Şimali Koreyada inqilab havası:

Şimali Koreyanın İspaniyanın paytaxtı Madriddəki səfirliyinə hücumda Kim Çen Inın qardaşı oğlunun da əli varmış. Kim Xan Sol "Cheollima Civil Defense" adlı gizli əks-inqilabı mübarizə təşkilatının əsas fiqurlarındandır. Onun inqilabçılara bir müddət əvvəl qoşulduğu deyilir.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Kim Çen Inın qardaşı oğlu indi ABŞ-da yaşayır. Şimali Koreya liderinin bir çox qohumları ona qarşı çıxıb. Ölkəni tərk ediblər, əsasən Qərb dövlətlərinə köçüblər. Şimali Koreya liderinin qardaşı Kim Çon Nam hələ iki il əvvəl müəmmalı şəraitdə Malayziyada öldürülmüşdü. Qətlin arxasında Kim Çen Inın dayandığı bildirilir. Kim Çon Namın öldürülməsinə görə ABŞ Şimali Koreyaya sanksiya da tətbiq etmişdi.