Azərbaycanın Serbiyadakı səfirliyində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilib (FOTO)


Digərləri 31 Mar 2019 18:43:57 189 0

Azərbaycanın Serbiyadakı səfirliyində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilib (FOTO)

Azərbaycanın Serbiyadakı səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilib

Bakı. Azərbaycanın Serbiyadakı səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər. Tədbir zamanı xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs edilib, 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə məlumat verilib. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, on minlərlə soydaşımız evlərindən didərgin düşüb. Ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti bu gün də davam etməkdədir. Anma mərasimində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni yaraqlılarının törətdikləri və öz amansızlığı ilə seçilən vəhşiliklər, Xocalı soyqırımı, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması ilə bağlı məlumat verilib. Vurğulanıb ki, bütün bunlar Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.