Rusiyada yanğın zamanı mənzildə 5 nəfər ölüb


Dünya 31 Mar 2019 18:16:00 207 0

Rusiyada yanğın zamanı mənzildə 5 nəfər ölüb

Rusiyanın Nijni Novqorod şəhərində mənzildə yanğın nəticəsində 5 nəfər ölüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə martın 30-da səhər saat 09.30 radələrində Nijni Novqorod şəhərinin Strokina küçəsindəki 58 saylı binanın 3 nömrəli mənzilində baş verib. Üç nəfər hadisə yerində ölüb, iki nəfər isə təcili yardım avtomobili ilə aparılan zaman maşında keçinib.