Yanğından zərər çəkmiş sahibkarlara daha 2 ticarət obyektində yer təklif olunur


Digərləri 31 Mar 2019 17:13:00 228 0

Yanğından zərər çəkmiş sahibkarlara daha 2 ticarət obyektində yer təklif olunur

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Təklif olunan ticarət obyektləri aşağıdakılardır:

1. Bakıxanov qəsəbəsi, "Aygün" Ticarət Mərkəzi (Mall), 5-ci mərtəbə - 80 obyekt, 6000 m2 Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

2. Bakıxanov qəsəbəsi, "Meqasiti" Ticarət Mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 m2  Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)