Avropanın qadın prezidentləri


Digərləri 31 Mar 2019 16:24:00 213 0

Avropanın qadın prezidentləri

İdarəedicilərin daha çox kişilər olduğu müasir dünyada xanımların dövlət başçısı olduğu ölkələrin sayı artmaqdadır. Qadınlar intellekt və bacarıq baxımından kişilərdən geri qalmadıqlarını çoxdan sübuta yetiriblər. XXI əsrin fövqündə bu iddianın doğru olduğu təsdiqlənib. Günümüzdə kişilərlə hüquqlarını bərabərləşdirən qadınlar baş nazir, prezident postuna seçilərək bütöv ölkələrin birinci şəxsinə çevrilirlər. Hazırda Avropada bir sıra ölkələri qadın prezidentlər idarə edirlər.  Slovakiyada dünən keçirilən prezident seçkilərində də qadın namizəd qalib gəldi.

Ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, səslərin 96,8 faizi artıq hesablanıb. Nəticələrə əsasən, Pezinok şəhərindən olan 45 yaşlı vəkil Zuzana Çaputova prezident seçkilərinin qalibi olub. O, səslərin 58,3 faizini toplayıb.

Son.az Modern.az-a istinadən Avropanın qadın prezidentlərini təqdim edir:

Dalya Qribauskayte

Ardıcıl olaraq iki dəfə Litvanın prezidenti seçilən Dalya Qribauskayte daha çox Rusiya əleyhinə mövqeyi ilə tanınır. Onun dövründə Litvanın iqtisadiyyatı xeyli inkiaf edib. 

Dalya Qribuskayte 1956-cı il martın 1-də Litvanın paytaxtı Vilnüs şəhərində anadan olub. O, müxtəlif illərdə Litvanın maliyyə və xarici işlər naziri postlarını, Avropa İttifaqının təhsil və mədəniyyət, daha sonra isə büdcə məsələləri üzrə komissarı kimi vəzifələrdə çalışıb. Xanım Qribauskayte seçkilərdə inamlı qələbə (69,05%) qazanaraq 2009-cu il iyulun 2-dən Litvanın prezidenti funksiyalarını icra edir. O, 2014-cü il seçkilərində təkrar qələbə qazanaraq növbəti 5 il müddətinə bu postda qalmaq hüququ qazanıb.  Dalya Qribuskayte heç zaman ailəli olmayıb və övladı yoxdur. Xanım prezident 5 dildə - Litva, ingilis, rus, polyak və fransız dillərində sərbəst danışır.  

Maria Louise Kolerio Presa

Maltanın prezidenti Maria Louise Kolerio Presa 16 yaşından bəri siyasətlə məşğul olur və ölkənin ən gənc prezidenti sayılır. Onun 2019-cu ildə Avropa Parlametinin sədrliyinə namizəd olacağı ehtimal olunur.

Kersti Kalyulayd

Estoniyanın ilk qadın prezidenti olan Kalyulayd liberal siyasəti ilə diqqət çəkir.  Prezident olmzda əvvəl Avropa Palatasında Estoniyanı təmsil edib. Prezident olana qədər ölkə daxilində çox da tanınmayıb.