Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi


Digərləri 31 Mar 2019 12:36:00 215 0

Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-ci il martın 30-da Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Son.az-a verilən məlumata görə, Vəkillər Kollegiyası ilə birgə keçirilən imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.