"Dindar" qadın insanların inancından istifadə edib 3 milyard qazandı


Digərləri 31 Mar 2019 10:49:00 285 0

"Dindar" qadın insanların inancından istifadə edib 3 milyard qazandı

Tereza ananın həyatını büsbütün Allaha xidmət kimi qələmə verir, onu XX əsrin ən məşhur və nüfuzlu qadınlarından biri adlandırırlar. O, öz əməllərinə görə, bir çox müxtəlif mükafatlar alıb, 2016-ci ildə isə Roma Papası Fransisk Tereza ananı müqəddəs kimi təsdiq edib. Amma inadla ortaya çıxan müxtəlif faktlar ona olan ümumi məhəbbətə kölgə saldı.

Son.az milyonların inandığı rahibənin yaratdığı obrazla əsl kimliyi arasında ziddiyyətli palalellər təşkil edən araşdımanı oxuculara təqdim edir:

Əsl adı Aqnes Qodja Boyadjiu olan Tereza Ana isti yay ayında, 1910-cu ildə Albaniyada anadan olub. Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.

17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın "Loreto Bacıları" adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Sonradan müəyyən missiya ilə görəvləndirilərək Hindistanın Kəlküt şəhərinə yola salındı.

Əvvəlcə Tereza ana Müqəddəs Məryəm katolik məktəbində işləyir, sonra isə ona vəhylər "gəlməyə başlayır". Onun sözlərinə görə, ona İsa Məsih yaxınlaşaraq, zahiri ibadət libasını çıxarmağı, əvəzində "sari" (hind geyimi) geyinməyi və yoxsullara xidmət etməyi əmr edib.

Tereza ananın iştirakçısı olduğu katolik missiyanı heyrətamiz şəkildə yerli hakimiyyət də dəstəklədi.

1948-cu ildə qaranlıq ilahəsinin "Kali" adlı məbədini onun ixtiyarına verdilər. Tereza ana "Missioner sevgi bacıları" adlı təşkilat təsis etdi. Tərkibinə 12 rahibə daxil idi və məbəd "Ölməkdə olanları evi" adlandırıldı. Çox keçmədən təşkilatın fəaliyyəti Vatikanın rəsmi razılığı və dəstəyini aldı.

1969-ci ildə Tereza ananın ümumdünya şöhrətinə televiziya təkan verdi. BBC kanalının jurnalisti Malkolm Maqqeric "Tanrı üçün çox gözəl bir şey" adlı film çəkdi, hansı ki, rahibənin əməlləri möcüzə kimi təsvir olunurdu. Çəkiliş zamanı "allahın xeyir-duası, məsləhəti ilə" otaqda işıqdan istifadə etmirdilər. Hətta Maqqericlə birlikdə işləyən operator iddia edirdi ki, çəkiliş zamanı qaranlıqda çəkməyə imkan verən innovativ plyonka sayılan Kodakdan istifadə olunub. Lakin insanlar özləri də elmi tərəqqidən fərqli olaraq, möcüzələrə inanmağı daha çox istəyirdilər.

Film öz bəhrəsini verdi, və təşkilat 100-dən çox ölkədə nümayəndəliklərini açdı. "Ölməkdə olanları evi"ndə evsiz, ağır xəstə olan insanlara yardım edirdilər. Bir çox xeyriyyə təşkilatları fədakar zərif qadının fəaliyyətindən cuşa gələrək bu təşkilata ianələr bağışlayır, böyük vəsaitlər köçürürdülər.

Lakin bütün bu böyük "bal çəlləyində" inanılmaz şübhəli məqamlar ortaya çıxdı. Bir müddət bu təşkilatın nümayəndəliyində işləmiş Meri Laudonun sənədli filmində heç də ideal yardımlardan söhbət getmir. Onun sözlərinə və çoxsaylı yoxlamaların nəticələrinə görə, insanlar "Ölməkdə olanların evi"ndə dəhşətli vəziyyətdə saxlanılırdılar: onların başını keçəl qırxır, taxta çarpayılarda yatırırdılar. Amma ən dəhşətlisi odur ki, onlara praktiki olaraq heç bir tibbi yardım göstərilmirdi. Dərmanlardan yalnız aspirin verirdilər, vurulan iynələri isə adi suda yuyur və dəfələrlə istifadə edirdilər.