Bakıda bu marşrut xətti üzrə artıq BakuBus avtobusları xidmət göstərir


Digərləri 31 Mar 2019 10:19:00 260 0

Bakıda bu marşrut xətti üzrə artıq BakuBus avtobusları xidmət göstərir

Bu gündən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "BakuBus" MMC-nin istismarında olan iritutumlu "İveco" markalı müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib.

Belə ki, avtobusların son dayanacaq məntəqəsi "Dərnəgül" Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib.


Xəbərə aid fotolar