Ətraf mühiti çirkləndirən kafe sahibləri məsuliyyətə cəlb olunub


Digərləri 31 Mar 2019 09:24:00 277 0

Ətraf mühiti çirkləndirən kafe sahibləri məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçiriblər.

DİN Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, martın 29-da keçirilmiş tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Xəyal" kafesinin arxasında tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini R.Həsənov, Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini F.Kərimov sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokollar tərtib edilib.