ÜST Azərbaycanda qızılca əleyhinə görülən tədbirləri yüksək qiymətləndirdi


Digərləri 31 Mar 2019 08:54:00 241 0

ÜST Azərbaycanda qızılca əleyhinə görülən tədbirləri yüksək qiymətləndirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılca və məxmərək xəstəliyi ilə bağlı epidemioloji nəzarət və immunlaşdırma tədbirlərini yüksək qiymətləndirib.

Son.az Trend-ə istinadən bildirir ki, ÜST-nin Azərbaycan üzrə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, ÜST-nin ölkəmizə immunizasiya proqramı çərçivəsində səfər edən missiyası məxmərək və qızılca laboratoriyasının işinin təşkili, akkreditasiyası ilə maraqlanıb, epidemioloji nəzarət üzrə vəziyyətlə tanış olub. Ekspertlər bu sahədə işlərin ÜST-nin tövsiyəsinə uyğun həyata keçirildiyi qənaətinə gəliblər.

Səfərlərini başa vuran ÜST ekspertləri təşkilatın ölkə ofisinin heyəti ilə birlikdə Səhiyyə Nazirliyi və digər müxtəlif dövlət qurumlarının nümayəndələri ilə də görüşüblər.