Bakıda sərxoş halda avtomobil idarə edən sürücülər saxlanılıb (FOTO)


Digərləri 31 Mar 2019 06:18:00 244 0

Bakıda sərxoş halda avtomobil idarə edən sürücülər saxlanılıb (FOTO)

Martın 29-da paytaxtda ictimai təhlükəsizliyin da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə mərkəzi küçə və prospektlərlə yanaşı Sabunçu, Xəzər və Pirallahı rayonlarında da profilaktik-maarifləndimə tədbirləri həyata keçirilib.

Bakı. Samir Əli - Martın 29-da paytaxtda ictimai təhlükəsizliyin da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə mərkəzi küçə və prospektlərlə yanaşı Sabunçu, Xəzər və Pirallahı rayonlarında da profilaktik-maarifləndimə tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə də profilaktik söhbətlər aparılıb. Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib. Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.