Gündə nə qədər alkoqol istifadəsi qaraciyərə toksik təsir edir?


Digərləri 30 Mar 2019 23:20:00 214 0

Gündə nə qədər alkoqol istifadəsi qaraciyərə toksik təsir edir?

Mütəmadi olaraq alkoqol qəbulu bir çox ciddi problemlərə səbəb olur. Amma alkoqolun ən çox zədələdiyi orqan qaraciyər hesab olunur. Qaraciyər piylənməsinin əsas səbəblərindən biri də alkoqol qəbulu sayılır. Amma alkoqolla bağlı olmayan qaraciyər yağlanmaları da var.

Son.az e-tibb.az-a istinadən hepatoloq-qastroenteroloq Arzu Yusifovanın fikirlərini təqdim edir:

Alkoqolun həddindən çox istifadəsi ilə qaraciyər xəstəliyi arasındakı əlaqə hətta qədim dövrdə  yunanlar tərəfindən bilinirdi.

Xronik alkoqol istifadə edən insanların 90-95 faizində yağlı qaraciyər formalaşır. Bu proses demək olar ki, böyük əksəriyyətdə alkoqol istifadəsinin kəsilməsi ilə geri dönə bilər. Ancaq xronik alkoqol istifadə edənlərin 10-35 faizində təkrarlanan və ya xronik hala gəlmiş qaraciyər xəstəliyi var.

Bu xəstəliklərin bir qismi sağala bilir, ancaq digərlərində qaraciyər fibrozu və sirrozuna keçmə müşahidə olunur.

Alkoqolla bağlı olan sirroz, istifadə edilən alkoqolun miqdarı və istifadə müddəti ilə əlaqədardır. Kişilərdə gündə 40, qadınlarda 20 qram alkoqol istifadəsi qaraciyərə toksik təsir edir. İstifadə edilən alkoqolun növü deyil, miqdarı və istifadə müddəti önəmlidir.

Alkoqola bağlı olmayan qaraciyər yağlanması qaraciyər xəstəlikləri içində önəmli yer tuturr və getdikcə artır. Xəstəlikdən qorunma və müalicədə əsas prinsip artıq kilodan azad olmaq və qaraciyərə gələn qan axınını artırmaqdır. Fiziki aktivlik lipid və qlükoza metobolizmasına təsir edərək xəstəliklə mübarizə aparır:

1. Həftədə ən az 5 gün böyük əzələ qruplarını əhatə edən 20-60 dəqiqəlik, orta intensivlikdə olan aerobika hərəkətləri.

2. Həftədə 3 dəfə orta-ağır intensivlikdə fiziki hərəkətlər.

3. Artıq çəkidən qurtulmaq üçün həftədə ən az 250 dəqiqəlik fiziki aktivlik hədəflənməlidir.