Sümükləri möhkəmləndirən 6 ərzaq


Digərləri 30 Mar 2019 23:25:00 278 0

Sümükləri möhkəmləndirən 6 ərzaq

Uzun zaman belə düşünülürdü ki, sümükləri qüvvətləndirən əsas maddə kalsiumdur. Ona görə də uşaq vaxtı dişlərin və sümüklərin möhkəm olması üçün təbaşir yeyirdik. Amma məlum olub ki, tək bir kalsium maddəsi kifayət etmir. Bu elementdən başqa sümüklərin və dişlərin möhkəmləndirilməsi üçün insana, həmçinin, fosfor, maqnezium, sink, mis, vitaminlər və minerallar vacibdir.

Son.az medicina.az-a istinadən sümükləri möhkəmləndirmək üçün lazım olan ərzaqları təqdim edir:

1. Tərəvəzlər (zülal mənbəyi, dəmir və kalsium, K və C vitaminləri)

Kalsium, maqnezium, kalium, dəmir və digər minerallar təbii bitki tərkibli qidalarda bol miqdarda olur. Əsasən də yaşıl rəngli tərəvəzlərin möhkəmləndirdiyi məlumdur. Yalnız ispanaq və türşəng göyərtiləri tərkibində olan oksalat turşusu səbəbindən adı çəkilən mineralları mənimsəməyə mane olur.

2. Zülal tərkibli qidalar (heyvan mənşəli qidalar, paxlalılar, soya)

Zülal sümüklərin möhkəm olması üçün əvəzolunmaz maddə hesab edilir. Uzun müddət belə bir fikir mövcud olub ki, rasiona daxil olan heyvan mənşəli qidalar osteporozun inkişafına səbəb ola bilər.   Amma elmi tərəfdən sübut edilib ki, bu ehtimal səhvdir. Bir çox insanlar bir çox səbəblərdən qida rasionlarına heyvanı qidalar daxil etmirlər. Bu isə insanların seçimlərinə bağlıdır.

3. Bulyonlar (mineral mənbəyi)

Bir çox yeməklər ənənəvi olaraq bulyonda hazırlanır. İş burasındadır ki, bulyonlar az odda uzun müddət bişdiyinə görə tərkibində bol miqdarda minerallar olur. Bu isə bulyonu çox qidalı və faydalı edir.