Sintetik ətin yetişdirilməsi üzrə layihə dəstəklənib


Digərləri 30 Mar 2019 23:15:00 270 0

Sintetik ətin yetişdirilməsi üzrə layihə dəstəklənib

Laboratoriya şəraitində heyvan hüceyrələrindən yetişdirilən ət artıq yenilik hesab edilmir.

İct.az-ın xəbərinə görə, tanınmış milyarder sahibkarlar Bil Qeyts və Riçard Brensonun dəstəyilə ABŞ-ın "Memphis Meats" qida şirkətinin "laboratoriya" ətinin istehsalı üzrə iki patent aldığı aşkarlanıb.

Alimlər gələcək "laboratoriya" ətinin yüksək keyfiyyətə malik olduğunu açıq şəkildə bildirirlər. Onun üçün qida maddələri ilə zəngin olan, xüsusi olaraq "sınaq şüşəsində" ət yetişdirilməsi üçün inəklərin qanından hazırlanan zərdab lazım olmayacaq. Alimlərin fikrincə, bu, hətta heyvan haqlarının müdafiəçilərinə ət qidasına münasibəti dəyişdirməyə kömək edəcək.

Qeyd olunub ki, CRISPR genomunun redaktəsi texnologiyası DNT-yə dəyişikliklər etməyə imkan verir. Hazırda alimlər tamamilə yeni nəticələrin əldə olunması üçün bu iki texnologiyanı birləşdirməyə çalışırlar.