Bakıda "Frankofoniya həftələri" başlayıb FOTO


Digərləri 30 Mar 2019 23:04:00 196 0

Bakıda "Frankofoniya həftələri" başlayıb  FOTO

Martın 30-da Bakıda Beynəlxalq Muğam Mərkəzində "Frankofoniya həftələri"nə start verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez tədbiri açaraq, "Frankofoniya həftələri"nin keçirilməsinin bakılıları və paytaxtın qonaqlarını fransızdilli ölkələrin tarixi, mədəniyyəti, məişəti, mətbəxi ilə bilavasitə tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu layihə çərçivəsində aprelin 15-dək maraqlı konsert, sərgi, kino nümayişi və s. keçiriləcək. O.Buşez əlavə edib ki, tədbirdə Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya səfirlikləri, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edirlər.

İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filipp Ştadler bildirib ki, bu gün səhnədə tanınmış isveçrəli duet - vokalçı və gitaraçı Mark Aymon və zərbçi Efraim Salzman çıxış edəcəklər. Onlar tamaşaçılara İsveçrə xalq musiqisini ehtiva edən "Ah, gözəl yay! Əbədi mahnılar" adlı proqram təqdim edəcəklər.


Xəbərə aid fotolar