Ev kinoteatrının istifadəsi üçün məsləhətlər


Digərləri 30 Mar 2019 23:05:00 231 0

Ev kinoteatrının istifadəsi üçün məsləhətlər

Evdə kinoya baxmağın ləzzəti ayrıdır. Soyuq havalarda isə bu istək daha da artır. Xüsusilə qış aylarında evdə kinoteatr abu-havası yaratmaq üçün televizordan daha artığına ehtiyacınız olacaq. Sizə o, "daha artığı" izah etmək üçün buradayıq. Sizin üçün topladığımız məsləhətləri oxumadan kinoya baxmağa başlamayın.

1. Kinoteatr abu-havası üçün evinizin ən sevdiyiniz küncünü tapın.

Son.az gencaile.az-a istinadən bildirir ki, evdə kinoteatr zövqünü yaşamaq üçün evdə ən sevdiyiniz hissəni seçin. Daha sonra televizor, ev kinoteatr sistemi və bənzər əşyaları bu küncə yerləşdirin. Əlbəttə bu hissəni sevirsiniz deyə işığın düşməsin ilə ekranın parlamasını da göz ardı etməyin. Kreslonun uzaqlığı isə sizə qalıb.

2. Kiçik otaqlarda soundbarı sınayın

HD film təsvirli bir çox müasir televizor, əslində əməlli basil güclü səs verir, ancaq heç biri ev kinoteatr səs sistemini əvəz etmir. Evinizdə yer yoxdusa soudnbar əldə etməyi düşünə bilərsiniz.

Bu cihaz,  incə çubuq içərisində bir çox  səs gücləndirisinin olmasıdır.   Bəzi televizorların tam altına montaj olunarkən, möhkəm bəzi modellərin üstünə belə televizor yerləşdirilə bilər və kinoteatr abu-havası tamamlanmış olar.