Ramzan Kadırov “İslam qəhrəmanı” oldu


Dünya 30 Mar 2019 23:06:00 269 0

Ramzan Kadırov “İslam qəhrəmanı” oldu

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "İslam qəhrəmanı" titulu və "Yerusəlim ulduzu" ordeni ilə təltif olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mükafatlar R.Kadırova "İslam sülh və mərhəmət carçısıdır" beynəlxalq dini konfransı zamanı təqdim edilib.

Ümumdünya İslam Liqasının baş katibi Məhəmməd Abdulkərim Al-İssa konfransda bildirib ki, Fələstin Dövlətinin başçısı Mahmud Abbas Ramzan Kadırovun "Yerusəlim ulduzu" ordeni ilə təltif edilməsi haqqında qərar qəbul edib.