İnsan beyni ilə bağlı yeni kəşf ortaya çıxıb


Digərləri 30 Mar 2019 23:10:00 214 0

İnsan beyni ilə bağlı yeni kəşf ortaya çıxıb

İnsan beyni ilə bağlı yeni kəşf edilib.

Son.az e-tibb.az-a istinadən bildirir ki, alimlər insan beynində bir sıra heyvanlarda olduğu kimi hərəkət edərkən istiqaməti təyin etməyə yardım edən bir xüsusiyyətin olduğunu sübut ediblər.

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunda aparılan araşdırmalara görə, insanlarda da quşlar, tısbağalar və digər heyvanlar kimi istiqaməti tapmaq üçün gizli maqnetik hissetmə qabiliyyəti  var. Onlar bunu "təbii kompas" adlandırıblar. Bildirilir ki, beyində yerləşən "kompas" şüuraltı səviyyədə çalışır.