Beynində 25 şiş olan qadın yeni müalicə yolu tapıb


Digərləri 30 Mar 2019 22:40:00 195 0

Beynində 25 şiş olan qadın yeni müalicə yolu tapıb

Beyin şişləri, digər orqanlarda rast gəlinən xərçənglərin beyinə yayılmış formaları ən təhlükəli hallardan sayılır. Bu, çox zaman çıxılmaz durum hesab edilir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, amma İngiltərədə baş verən hadisə bunun hər zaman belə olmadığını deməyə əsas verir. İngiltərədə yaşayan 45 yaşlı Heidi Spence adlı qadının beynində müayinələr zamanı 25 şiş aşkarlanıb.

Sağ ayağında uyuşma hiss edən qadın müxtəlif müayinələrə cəlb olunub. Əvvəlcə onun beynində çoxlu sayda - 25 ədəd şiş aşkarlanıb. Müayinələr əsnasında məlum olub ki, qadın ağciyər xərçəngindən əziyyət çəkir və həmin problem beyinə və sümüklərə metastaz verib. Qadına cəmi 6 ay ömrünün qaldığı deyilib. Xəstə isə ümidsizliyə qapılmayıb, internetdən məlumatlar toplamağa, müalicə yollarını araşdırmağa başlayıb. Heidi hansı dərmanların onun xəstəliyinə daha yaxşı kömək edəcəyini tam olaraq öyrənmək üçün yeni bir test edib.