İnsan orqanizmi üçün ən faydalı qidalar


Digərləri 30 Mar 2019 22:35:00 461 0

İnsan orqanizmi üçün ən faydalı qidalar

Amerikanın "Health" jurnalı insan bədəninin ən çox ehtiyac duyduğu qidaların siyahısını hazırlayıb. Maraqlıdır ki, siyahıda ət və süd məhsullarının adları yoxdur.

Tədqiqatçılar 1000 növ xam ərzaq üzərində araşdırma aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, balqabaq toxumu orqanizmin sağlamlığı üçün dünyada ən faydalı məhsuldur.

Balqabaq toxumu

559 kalori (100 q) Qida dəyəri: 84

Son.az bizimyol.info-ya istinadən bildirir ki, müalicəvi xüsusiyyətə malik olan balqabaq tumları ən əhəmiyyətli bitki mənşəli dəmir və manqan mənbələrindən biridir. Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacımızın hamısını, yarım stəkan balqabaq tumu isə gündəlik maqnezium ehtiyacımızı təmin edir və əzələləri möhkəmləndirir.

Tərkibi sinklə zəngin olan balqabaq tumu immun sistemini gücləndirir və virusların orqanizmə daxil olmasının qarşısını alaraq soyuqdəymədən qoruyur. Soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün balqabaq tumunu qatıqla və ya salata qarışdıraraq yemək olar. Tərkibindəki maqnezium infarkt və iflic kimi xəstəliklərin də qarşısını alır.

Çuğundur yarpaqları

22 kalori (100 q) Qida dəyəri: 70

Kalsium, vitamin K və B qrupu vitaminləri (xüsusən riboflavin) ilə zəngin olan çuğundur yarpağında dəmir çuğundurun özündən 3 dəfə çoxdur. Odur ki, dəmir defisit anemiyaların müalicəsində çuğundur yarpağının şirəsi əvəzolunmazdır. Bundan başqa mədə-bağırsaq yaralarında gündə yeməkdən əvvəl 1 stəkan çuğundur yarpağı ilə kök şirəsinin qarışığını içmək çox faydalıdır.

Cəfəri

292 kalori (100 q) Qida dəyəri: 69