Uşaqların “yemək seçmək” problemini necə həll etməli?


Digərləri 30 Mar 2019 22:05:00 211 0

Uşaqların “yemək seçmək” problemini necə həll etməli?

Kiçik yaşı uşaqların qidalanma ilə bağlı yaşadığı problemlər, hər yeməyi yemək istəməsi valideynləri mütamadi olaraq narahat edən məsələlərdən biridir.

Son.az gencaile.az-a istinadən bildirir ki, bu çətinliyin aradan qaldırılması üçün çalışanların sayı az olmasa da, birdəfəlik həllini tapmaq asan olmur, amma təbii ki, bu problemdən də çıxış yolu var. Məsələn, uşağınızı müxtəlif dadlara alışdırmaqla bu problemi yoluna qoya bilərsiniz. Uşağınızı müxtəlif dadlara nə qədər tez alışdırsanız, onun "yemək seçmək" xəstəliyindən də o qədər uzaq olmasına kömək etmiş olarsınız. Bunun üçün isə...

1) Həm səbirli, həm də qətiyyətli olmağa çalışın. Yemək üçün ən azı 20-30 dəqiqə vaxt ayırın.

2) Uşağınızın yeməkdən əvvəl həddindən artıq maye qəbul etməsinə imkan verməyin.

3) Hələ tanış olmadığı yeməkləri tanış olduğu yeməklərlə birlikdə verin. Daha sonra tanış olmadığı yeməkləri tədricən artırın.

4) İstər hər hansı bir yeməyə icazə verdikdə, istərsə də hər hansı bir yeməyə qadağa qoyduqda uşağınıza qarşı sərt davranmayın.

5) Əgər uşağınız şokolad istəyirsə, bir qədər yeməyə icazə verin. Unutmayın ki, qəti qadağa qoysanız, onun şokolada qarşı meyli daha da artar.