Daun sindromlu insanlar nə qədər yaşayır?


Digərləri 30 Mar 2019 22:10:00 363 0

Daun sindromlu insanlar nə qədər yaşayır?

Daun sindromu bu qüsuru kəşf edən alimin (Lanqdan Daun) şərəfinə "Daun" adlandırılıb. Bu sindromun yaranma səbəbi barədə tibdə hələ ki, geniş məlumat yoxdur. Bilinən yalnız budur ki, bu sindroma, əsasən, 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Belə ki, 30 yaş altındakı hamiləliklər zamanı bu sindromun ortaya çıxması ehtimalı 1/1000-dən də azdır. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Eyni zamanda 20 yaşından gənc anaların da uşaqları daun ola bilər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Daun irsidir və uşağa yalnız anadan keçir. Yəni burada atanın və onun yaşının heç bir fərqi yoxdur. Həkimlərin bildirdiyinə görə, çox vaxt irsi xəstəlik dedikdə, elə hesab edirlər ki, nəsildə kimdəsə Daun sindromu olubsa, sonradan da kimsə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Yəni normal insanda 46 xromosom olduğu halda, bu uşaqlarda 47 xromosom olur. Bəzi məlumatlara görə isə, Daun sindromunu törədən səbəblərdən biri də tərkibində kofein, teobromin, teofilin olan maddələrin çox qəbul edilməsidir. Nəzərə çatdıraq ki, enerji içkilərində bu maddələr çox üstünlük təşkil edir.

Daunlu uşaqlar bir-birinə çox oxşayır, stereotipləri eyni olur. Sanki hamısı qohumdur. Hamısında boy qısa olur, əqli inkişafdan geri qalır, kəllə kiçik və yumru olub, üz nahiyəsi yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur.

Daun sindromlu xəstələr nədən əziyyət çəkirlər?

Onlarda görmə pozğunluğu müşahidə olunur, qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patologiyalara rast gəlinir. İmmun sistemi zəifləyir, xəstəliklərə daha tez tutulur, xüsusilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu insanların əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağıl kəmliyi hamısı üçün xarakterikdir. Onlarda tez-tez piylənmə halları da aşkar edilir. Amma Daun sindromlu uşaqlar çox mehriban olurlar.

Daunlu uşaqlara necə nəzarət edilir?