Həyat yoldaşınızla eyni iş yerində işləyirsinizsə…


Digərləri 30 Mar 2019 21:35:00 194 0

Həyat yoldaşınızla eyni iş yerində işləyirsinizsə…

Eyni iş yerində işləmək və haradasa günün 24 saatını bir yerdə olmaq... Bu, bəzi ailələrdə heç bir problemə səbəb olmasa da, bəzilərində ciddi münaqişələrə gətirib çıxarır. Əslində ən yaxşısı həyat yoldaşlarının eyni iş yerində işləməmələridir. Çünki belə olduqda ailə rolu ilə iş rolunu ayırmaq çətin olur. Bu isə çox vaxt tərəflər arasında anlaşılmazlıqlara gətirib çıxarır. Belə ki, xanımlar şəraitdən asılı olmayaraq, həyat yoldaşlarından qayğı gözləyirlər. Halbuki, iş həyatı evlə müqayisədə daha mücərrəddir. İş həyatında qadının bəzən həyat yoldaşı ilə "üz-üzə gəlməsi" də istisna deyil. Təbii ki, belə hallar tərəflərdə incikliklərə səbəb olur və bu, bəzən evdəki münasibətlərə də öz təsirini göstərir. Digər tərəfdən, kişinin iş həyatında da həyat yoldaşını qorumaq istəməsi və təbii olaraq ona bəzi məhdudiyyətlər qoymağa çalışması da, tərəflər arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Son.az gencaile.az-a istinadən bildirir ki, həyat yoldaşlarının eyni iş yerində işləmələrinin başqa bir mənfi cəhəti isə tərəflər arasında həsrət hissinin olmamasıdır. İstər işləyən qadınlar, istərsə də, evdar xanımlar əsasən häyat yoldaşları ilə səhərlər ayrılır, axşamlar ya da iş rejimindən asılı olaraq günün müəyyən saatlarında görüşürlər. Bu isə onlarda həm fərdiyyətçilik, həm də həyat yoldaşına qarşı həsrət hissinin formalaşmasına səbəb olur. Ancaq eyni iş yerində işləyən ailələr bu hissdən məhrum qalırlar. Elə isə bütün bunların qarşısını almaq üçün nə etmək olar:

- Hər şeydən əvvəl rollarınızı düzgün bölüşdürməlisiniz. Başqa sözlə, ailədəki problemlərlə iş həyatındakı problemləri bir-birinə qarışdırmamalısınız.

- Evdə işlə bağlı məsələlərdən danışmamalısınız. Evdəki məşğuliyyətləriniz də fərqli olmalıdır.

- İşdə biriniz o birindən incisə belə, bu, evdə hiss olunmamalıdır.