İnsan ölməzdən öncə bu yuxuları görür –


Digərləri 30 Mar 2019 21:25:00 213 0

İnsan ölməzdən öncə bu yuxuları görür –

10 ildir ki, Buffalo institutunun həkimləri xəstəxanada ölən insanların yuxuları barədə məlumat toplayırdılar. 11.000 nəfər xəstədən sorğu aparan həkimlər bütün bu yuxuları bir yerə toplayıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstələrin ölümündən 10 həftə əvvəl təkrarlanan, eyni epizodlu yuxular görməsi aşkar olunub. Belə ki, 88 % xəstə bildirib ki, onların yuxularına ölmüş qohum və tanışları gəlib. Onlar xəstəni çağırıb, harasa getməyə dəvət edib və ya aparıb. 59% xəstə harasa səfərə, səyahətə hazırlaşdığını, təyyarədə və ya qatarla harasa uzaq yola getdiyini görüb.   29% sanki keçmişdən, keçmiş həyatdan səhnələr, çox əlvan, maraqlı, xoş təsir edən yuxular gördüklərini etiraf ediblər.  Ölümə 3 həftə qalmış bu yuxular təkrarlanır, daha aydın canlanır.