Məcburi köçkün məktəblərinə qəbulla bağlı dəyişiklik


Digərləri 30 Mar 2019 21:28:00 203 0

Məcburi köçkün məktəblərinə qəbulla bağlı dəyişiklik

Məcburi köçkün ailələrindən olmayan uşaqlar məcburi köçkün məktəblərinə qeydiyyata düşə bilməyəcəklər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı bütün siniflər üzrə digər rayonlardan olan uşaqların bu məktəblərə qəbul edilməsinə məhdudiyyət qoyulub. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki, bu məhdudiyyətin qoyulması "Təhsil haqqında" qanunda da öz əksini tapıb. Amma bu kateqoriyaya aid olmayan ailələrin uşaqlarının məcburi köçkün məktəblərinə qəbulunda bəzi istisnalar da var. Məhəbbət Vəliyevanın sözlərinə görə, bütün ümumtəhsil məktəblərində uşaqlar üçün kifayət qədər yer olduğundan hər bir şagird qaydalar və ərazi üzrə aid olduğu məktəbdə təhsil almalıdırlar.