Dövlət Gömrük Komitəsi ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı açıqlama verib


Digərləri 30 Mar 2019 21:11:42 224 0

Dövlət Gömrük Komitəsi ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı açıqlama verib

Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin və Rusiya Federal Gömrük Xidmətinin açıqladığı rəqəmlərin müqayisəsi aparılaraq ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı yanlış şərhlərə yol açan məlumatlar yayımlanıb.

Bakı. Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin və Rusiya Federal Gömrük Xidmətinin açıqladığı rəqəmlərin müqayisəsi aparılaraq ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı yanlış şərhlərə yol açan məlumatlar yayımlanıb. Trend-ə Dövlət Gömrük Komitəsindən verilən məlumatına görə, həmin məlumatda cari ilin yanvar-fevral ayları ərzində ölkəyə 56 min ton şəkərin idxal edildiyi, ötən il isə idxal və yerli istehsal hesabına yarım milyon tona qədər şəkərin daxili bazarda istehlak olunduğu iddia edilir: "Daha sonra isə yazının müəllifi Rusiya Federal Gömrük Xidmətinin açıqladığını iddia etdiyi rəqəmlərə əsaslanaraq 2018-ci ildə Rusiyadan Azərbaycana cəmi 7,3 min ton şəkər idxal edildiyini vurğulayır və eyni dövr üçün Dövlət Gömrük Komitəsinin açıqladığı 239 min ton rəqəmini əsas gətirərək hansı qurumun doğru söylədiyi sualını ortaya qoyur".