Yazda bal ayı: Hansı ölkələrə üz tutmaq olar?


Digərləri 30 Mar 2019 21:05:00 282 0

Yazda bal ayı: Hansı ölkələrə üz tutmaq olar?

Yaz fəsli toy üçün ən yaxşı mövsüm sayılır! Yaz həmçinin bir çox ölkələrə səyahət üçün əlverişlidir. Gəlin yaz fəslində yeni evlənən cütlüyün bal ayı üçün üz tuta biləcəkləri istiqamətlərə birlikdə nəzər salaq. Bal ayı üçün ən səmərəli mövsüm aprel ayında başlayır.

Dəniz istirahəti Əgər sizi dəniz istirahəti maraqlandırırsa, Tunisə diqqət yetirin.

Son.az gencaile.az-a istinadən bildirir ki, apreldə burada hava temperaturu yüksək olur, dəniz yetərincə qızır və Siz çimərlikdən və dənizin ilıq dalğalarından zövq ala bilərsiniz.

Tunis həmçinin özünün SPA-kurortları ilə məşhurdur, odur ki Siz bal ayı proqramınızı massaj, sauna, hamam, SPA-terapiya ilə zənginləşdirə bilərsiniz.

Çin də yeni evlilər üçün əla dəniz istirahəti vəd edir.

Xaynan adası sizi 25 dərəcə hava və dəniz temperaturu ilə qarşılayacaq. Burada siz həmçinin Çin təbabəti mərkəzlərində sağlamlığınızı bərpa edə bilərsiniz. Mütləq mirvari muzeyini və kəpənəklər dərəsini ziyarət edin - bu, romantik istirahət üçün ideal məkanlardır!

Günəş vannalarının pərəstişkarları üçün daha bir istirahət variantı - Mərakeş.

Apreldə burada havalar isti keçir, dəniz istidir, servis isə avropa servisinə çox yaxındır. Eyni zamanda, şərq koloriti istirahətinizə ekzotik dad bəxş edəcək.