Siqareti tərgitməyə kömək edən qidalar


Digərləri 30 Mar 2019 20:45:00 239 0

Siqareti tərgitməyə kömək edən qidalar

Siqaret aludəçiliyi bütün dünyada getdikcə artmaqdadır. Hətta bəzi ölkələrdə siqaretə başlama yaşı 12-yə düşüb. Əlbəttə, bir çox insan siqaretin sağlamlığa nə dərəcədə  zərərli olduğunu dərk edir və tərgitmək üçün sözün həqiqi mənasında mübarizə aparır. İradəli insanlar bunun öhdəsindən gəlsə də, digərləri bacarmayıb, siqaretə məğlub olurlar. Lakin mütəxəssislər hesab edir ki, gündəlik yediyimiz bəzi qidalar siqareti tərgitməyə kömək edə bilər.

Yulaf əzməsi

Son.az e-tibb.az-a istinadən bildirir ki, bir çox araşdırmalar sübut edib ki, nizamlı şəkildə yulaf əzməsi yemək nikotin asılılığını azaldır. Yulaf əzməsini südlə birlikdə qəbul etmək daha çox faydalı ola bilər. Çünki süd qəbul edəndən sonra çəkilən siqaretin dadı çox pis olur. Beləcə siqaret ehtiyacı azalır.

Banan

Banan tərkibindəki potasium və B vitamini sayesinde siqaret asılılığını azaltmaqda faydalı meyvədir. Bundan əlavə, banan siqaretin orqanizmə verdiyi zərərli təsirləri azaltmağa da kömək edir.  

Triptofan tərkibli qidalar

Triptofan - orqanizm üçün həyati əhəmiyyət kəsb edən 8 vacib amin turşusundan biridir. Bu amin turşusu xoşbəxtlik hormonu olaraq bilinən serotoninin istehsalını artıraraq, siqaretə olan ehtiyacın da azalmasını təmin edir. Hinduşka əti, yumurta, toyuq filesi və quru paxlalılar kimi yağsız protein tərkibli qidalar triptofanla zəngindir. Siqareti tərgitməyə çalışdığınız müddətdə bu qidalardan yararlana bilərsiniz.

Nanə

Nanə tərkibindəki mentol sayəsində nikotin ehtiyacını azaldır. Həm təzə, həm də qurudulmuş nanəni davamlı şəkildə qəbul etməlisiniz.