Hər il 9 milyona yaxın insan


Digərləri 30 Mar 2019 20:50:00 238 0

Hər il 9 milyona yaxın insan

Avropalı alimlərin apardığı araşdırmalara görə, çirkli hava hər il 8,8 milyon insanın erkən ölümünə səbəb olur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə "European Heart Journal" adlı elmi nəşrdə verilən məlumatda bildirilir.

Araşdırma müəlliflərindən biri olan professor Tomas Münzel bildirib ki, bu, çirkli havadan qaynaqlanan ölüm hallarının siqaret istifadəsi nəticəsində baş verən ölümlərdən çox olduğunu göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı təkcə 2015-ci ildə 7,2 milyon insanının tütünün zərərli təsirlərindən vəfat etdiyini açıqlayıb.