​​​​​​​Zeytun yağının daha bir faydası aşkarlandı


Digərləri 30 Mar 2019 20:40:00 244 0

​​​​​​​Zeytun yağının daha bir faydası aşkarlandı

Zeytun yağının sağlamlığa müxtəlif faydaları barədə çox eşitmişik. Bu yağ daxili orqanlar, immunitet sistemi ilə yanaşı, saç və dəriyə də xeyirdir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu günlərdə aparılan yeni araşdırma zamanı isə zeytun yağının daha bir faydası aşkarlanıb. Demə, həftədə bircə dəfə belə zeytun yağı içmək trombun yaranma riskini azaltmağa kömək edir.

Piylənmədən əziyyət çəkən insanlarda ürək tutma və insult riskinin yüksək olduğu məlumdur. Zeytun yağından istifadə isə piylənmə təhlükəsini azaldır, bununla da ürək-damar xəstəliklərinin olma ehtimalı minimuma enir.

Nyu-York Universitetinin tibb fakültəsinin mütəxəssisləri apardıqları araşdırma zamanı piylənmədən əziyyət çəkən 63 şəxsin qan nümunələrini analiz ediblər. İştirakçıların orta yaş həddi 32,2 olub: onlar siqaret istifadəçiləri olmayıblar, eyni zamanda diabetdən əziyyət çəkməyiblər.