Xərçəng, yaddaş zəifliyi və depressiyanın qarşısını alan


Digərləri 30 Mar 2019 19:45:00 209 0

Xərçəng, yaddaş zəifliyi və depressiyanın qarşısını alan

Günümüzün ən bahalı ədviyyatlarından biri olan zəfəran lap qədim zamanlardan dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərin müalicəsində faydalıdır.

Xərçəng əleyhinə xüsusiyyəti var

Son.az e-tibb.az-a istinadən bildirir ki, zəfəran karotenoidlərlə zəngindir. İki ana karotenoidi krosin və krosetindir ki, bunlar qidalara sarı rəng verir. Araşdırmalar zəfəranın xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərmədədir. Bəzi tədqiqatlar bu ədviyyatın prostat və süd vəzi xərçənginə qarşı anti proliferativ (çoxalmağın qarşısını alan) təsiri olduğunu ortaya çıxarıb. Bundan əlavə, leykoz hüceyrələrinin böyüməsinin qarşısını aldığı və ağciyər xərçənginə qarşı pro apoptotik (programlanmış hüceyrə ölümünü xəbərdar edən) təsiri olduğu aşkarlanıb.  

İştahanı nizamlayır

Arıqlamaq istəyənlər zəfəranı sınaqdan keçirə bilərlər, çünki yemək istəyini aradan qaldırır. Bununla bağlı aparılmış təcrübə zamanı zəfəran qəbul edən qadınlarda iştahanın 55 % azaldığı müəyyənləşib. Əlavə olaraq 8 həftə boyunca təxminən 1 kq çəkinin azaldığı müşahidə olunub. Zəfəran beynin serotonerjik sistemini hədəfləyərək, yemək arzusunu aradan qaldırır. Bu sistem iştah, ruh halı, hətta şəkər istəyinə təsir edir.

Antidepressant təsiri var