Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib


Digərləri 30 Mar 2019 18:40:00 286 0

Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.