Nardaran sakini marixuana ilə tutuldu


Kriminal 30 Mar 2019 15:49:00 271 0

Nardaran sakini marixuana ilə tutuldu

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.