Bakıda daha bir sosial şəbəkə cinayəti:


Kriminal 30 Mar 2019 15:38:00 378 0

Bakıda daha bir sosial şəbəkə cinayəti:

Sosial şəbəkədə tanış olduğu qızı zorlamaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Roman İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Nizami rayonunda baş verib.

İttihama görə, 1988-ci il təvəllüdlü Roman İbrahimov sosial şəbəkələrdən birində Samirə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə tanış olub. Daha sonra Roman İbrahimov Samirə ilə real həyatda görüşməyə başlayıb.

Bu günlərdə Roman Samirəni rayon ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.