11 kilodan çox marixuana ilə tutuldu...


Kriminal 30 Mar 2019 15:22:00 299 0

11 kilodan çox marixuana ilə tutuldu...

Bakı şəhər sakinindən külli miqdarda narkotik vasitə olan marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.

Ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.